Xəbərlər
Göyçay rayonunun Müskürlü kənd seçiciləri ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş Göyçay rayonunun Müskürlü kənd sakinləri ilə keçirilib.
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Göyçay rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Sahib Şükürov qarşıdan gələn prezident seçkiləri ilə bağlı məlumat verib. S.Şükürov qeyd edib ki, bu gün Azərbaycanin əldə etdiyi bütün ugurlarda cənab İlham Əliyevin imzası var: "Biz bu uğurların davam etməsi ücün İlham Əliyevə səs verəcəyik. Əminəm ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və cənab İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində ölkəmiz daha da inkişaf edəcək."
YAP rayon təşkilatının sədri əminliklə bildirib ki, Göyçay rayonunun Müskürlü kənd sakinləri də 11 aprel 2018-ci il tarixdə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər.
Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Göyçay rayon şöbəsinin üzvləri Ləman Hacıyeva, Namət Şirinov və başqaları çıxış edərək ölkəmizdə gedən sürətli inkişaf, həmçinin Prezident İlham Əliyevin daima xalqımıza göstərdiyi yüksək diqqət və qayğı barədə danışıblar. Natiqlər Göyçay rayon seçicilərini 11 apreldə seçkilərə gəlməyə, inamlı sabahımıza səs verməyə çağırıblar.