Xəbərlər
Gəncəlilərin seçimi İlham Əliyevdir!
Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Gəncə şəhər təşkilatı Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirib. Görüş Rüstəm Cəfərovun ifasında “Azərbaycan” mahnısının sədaları altında başlayıb.
YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı məlumat verib, YAP-ın namizədi cənab İlham Əliyevin zəngin həyat yolundan, Onun Azərbaycan dövlətçiliyi üçün həyata keçirdiyi misilsiz xidmətlərdən, həmçinin, Gəncədə aparılan abadlıq- quruculuq işlərindən danışıb. Bildirib ki, Prezident cənab İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Həyata keçirilən siyasi kurs, aparılan islahatlar, yeniliklər vətəndaşlarımızın sosial rifahının yüksəldilməsinə, onların həyat şəraitinin daha da yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə hesablanıb. Qədirbilən Gəncə sakinləri hər zaman olduğu kimi bu dəfə də seçkilərdə yüksək fəallıqla iştirak edəcək, öz seçimlərində hər zaman olduğu kimi dövlətçiliyimizi, birliyimizi, inkişafımızı seçəcəklər.
YAP Gəncə şəhər təşkilatının Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə, millət vəkili Musa Quliyev, YAP Gəncə şəhər Təşkilatının sədr müavini, AMEA-nın akademik katibi Fuad Əliyev, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor İbrahim Cəfərov çıxış edərək, ölkəmizdə gedən dinamik inkişafdan danışaraq, cənab İlham Əliyevin prezident seçkilərində ən real namizəd olduğunu bildiriblər və xüsusilə vurğulayıblar ki, Gəncəlilər hər zaman Prezidentin siyasətini dəstəkləyib və aprelin 11-də bir daha bu dəstəyi göstərərək, Azərbaycanın daha böyük zirvələri fəth etməsinə zəmin yaradacaqlar.
Yüzlərlə seçicinin iştirak etdiyi görüşdə seçicilər yekdilliklə cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.
Böyük ruh yüksəkliyi ilə keçən seçicilərlə görüş Xalq Artisti Samir Cəfərovun ifasında “Xalq Heydər söyləyəcək” mahnısı ilə başa çatıb.