YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Lənkəran rayon təşkilatı Prezident seçkiləri ilə əlaqədar təbliğat kampaniyasını uğurla davam etdirir

YAP Lənkəran rayon təşkilatının təbliğat qrupunun üzvləri Lənkəran şəhər sakinləri ilə görüşüblər.

Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Lənkəran rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvü,YAP Lənkəran rayon təşkilatının sədri Möhübbət Babayev çıxış edərək bildirib ki, seçkilərə qatılan və ölkə rəhbəri olmağa iddia edən hər bir kəsin buna həm də bir mənəvi haqqı çatmalıdır. Bu mənada tam qətiyyətlə demək olar  ki, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev əməlləri, gördüyü işlər sayəsində bu haqqı yüz faiz qazanıb. Son 15 ildə Azərbaycanın uğur salnaməsinə istinadən xalqımızda belə bir mövqe formalaşıb ki, İlham Əliyev prezidentliyə namizədlər arasında ən layiqlisidir və Onun seçkilərdə inamlı qələbə çalacağına heç bir şübhə ola bilməz.Biz əmin-amanlıqa, normal həyat şəraitinə, yaxşı gün-güzərana səs verməliyik. Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində  respublikamızın hər guşəsində böyük uğur və tərəqqi  əldə edilib.Bütün bu görülən fədakar işlərə görə dövlətə və ölkə rəhbərinə xalqımızda böyük bir inam  formalaşıb.Siz də hörmətli seçicilər  seçkilərdə fəal iştirak etməklə və hazırkı dövlət başçımız, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevə,Heydər Əliyev siyasi kursuna səs verəcəksiniz. İlham Əliyev ölkəmizin firavanlığının, bizim rahat həyatımızın, gələcəyimizin qarantıdır. Onun apardığı siyasətin alternativi yoxdur!

Mən əminəm ki,bu günkü tədbirdə iştirak edənlər 11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkilərində fəallıq nümayiş etdirəcək,bizim layiqli namizədimizə öz səslərini verəcəklər.

Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Lənkəran rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvlərindən N.Allahverdiyev, K.Kazımov, G.Bağırov, R.İbadov, Ə.Əliyev və S.Məmmədov çıxış etdilər. Onlar seçiciləri 11 Aprel 2018-ci ildə keçiriləcək Prezident seçkilərində fəal iştirak etməyə və YAP-ın vahid namizədi Cənab İlham Heydər oğlu Əliyevə səs verməyə çağırdılar.

Tədbir seçicilərin alqış sədaları altında sona çatdı.