YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Prezident seçkiləri Azərbaycanın demokratik inkişafı yolunda növbəti parlaq səhifə olacaq

«Aprelin 11-də keçiriləcək prezident seçkiləri Azərbaycanın demokratik inkişafı yolunda növbəti parlaq səhifə olacaq». Bu fikirləri Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, ölkəmizin ictimai-siyasi həyatında olduqca böyük əhəmiyyətə malik olan prezident seçkilərinin şəffaf, demokratik, ölkə qanunvericiliyinin tələblərinə və beynəlxalq standartlara uyğun keçirilməsi üçün bütün imkanlar mövcuddur.

Azərbaycanın zəngin seçki təcrübəsinin formalaşdığını deyən Sahibə Qafarova qeyd edib ki, hər seçkidən seçkiyə ölkəmizin bu sahədəki təcrübəsi daha da təkmilləşir. «Azərbaycanda seçkilərin azad, demokratik və şəffaf keçirilməsini şərtləndirən amillər kifayət qədərdir. Ölkədə hökm sürən möhkəm əsaslara malik ictimai-siyasi sabitlik, mükəmməl seçki qanunvericiliyi, fikir plüralizmi və bərabər rəqabət şəraitinin yaradılması, uğurlu təşviqat aparılması imkanlarının təmini seçkilər prosesinin yüksək səviyyədə təşkilinə imkan verir. Eyni zamanda, cəmiyyətimizin prosesə marağı və göstərdiyi fəallıq da qənaətbəxşdir. Bütün bunlar isə nəticə etibarilə prezident seçkilərinin yüksək səviyyədə keçiriləcəyini söyləməyə əsas verir»-deyə, S.Qafarova qeyd edib.

Milli Məclisin deputatı bildirib ki, Azərbaycanın nadir inkişaf modeli dünyanı ciddi şəkildə maraqlandırdığı kimi, ölkəmizin seçki sahəsində əldə etdiyi nailiyyətlər də beynəlxalq müstəvidə yüksək dəyərləndirilir. Ona görə də bu seçkilərə beynəlxalq maraq olduqca yüksək olacaq.