YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın cənab İlham Əliyevə sevgisi böyükdür

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Ucar rayon şöbəsi təbliğat-təşviqat qrafiki üzrə yerlərdə seçicilərlə görüşlərini davam etdirir.

YAP Mərkəzi Seçki Qərargahı Ucar rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvlərinin martın 24-də seçicilərlə növbəti görüşü Ucar rayonunun Yuxarı Şilyan kəndində keçirilib. 

Tədbiri giriş sözü ilə açan  YAP Mərkəzi Seçki Qərargahı Ucar rayon şöbəsinin və partiyanın Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva bildirib ki, artıq martın 19-dan etibarən təbliğat-təşviqat kampaniyasına start verilib və partiyamızın bu günə kimi seçicilərlə keçirilən görüşləri onu deməyə əsas verir ki, 11 apreldə xalqımız hamılıqla Prezidentliyə namizəd cənab İlham Əliyevə səs verəcək.

Milli Məclisin deputatı Vüsal Hüseynov 2003-2018-ci illərdə ölkədə bərqərar olan iqtisadi yüksəliş, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla həyata keçirilməsi, ümumi daxili məhsulun və ölkənin valyuta ehtiyatının artması, qeyri-neft sektorunun inkişaf etdirilməsi, kənd təsərrüfatının və sənayenin inkişafı barədə öz fikirlərini bölüşüb. V.Hüseynov bu nailiyyətlərin əldə edilməsində əvəzsiz xidmətlərinə görə seçiciləri cənab İlham Əliyevə səs verməyə səsləyib.

Təbliğat qrupunun üzvüləri Alı Babayev, Rahib Rəsulov çıxış edərək vurğulayıblar ki, Azərbaycan bu gün bütün dünyanın hesablaşdığı güclü bir dövlətdir. Natiqlər bu uğurların davamlılığı üçün ucarlıları cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Kənd sakinləri adından Nazir Məmmədov çıxış edərək ötən 15 ildə cənab İlham Əliyevin hər bir azərbaycanlının Prezidenti olduğunu sübut etdiyini vurğulamaqla seçkilərdə şilyanlıların cənab İlham Əliyevin namizədliyini yekdilliklə müdafiə edəcəklərini bəyan edib.