Xəbərlər
Xalqın seçimi dövlətin gələcəyidir
Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Şamaxı rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri rayonun Məlikçobanlı, Göylər və Çöl-Göylər kəndlərində seçicilərilə görüşlər keçiriblər.
Görüşlərdə qərargah üzvləri Eyvaz Eminaliyev, Ağarza Bayramov, Tünzalə Yusifova, Fatma Quliyeva, Səməd Fətəliyev, Namiq Rzazadə, Şahmar Hüseynov, Hacıbaba Şıxıyev və Güllü Babaşova Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı İlham Əliyevin son 15 il ərzində gördüyü işlər haqqında məlumat veriblər.
Kənd sakinləri bildiriblər ki, biz artıq öz seçimimizi etmişik. Azərbaycanı işıqlı gələcəyə doğru aparan alternativsiz liderimizin gördüyü işlər həyata keçirdiyi uğurlu inkişaf proqramı danılmazdır. Kənd seçiciləri bəyan ediblər ki, hamılıqla 11 apreldə Yeni Azərbaycan Partiyasının vahid namizədinə səs verəcəklər.