YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qobustanlılar ölkənin tərəqqisinə səs verəcəklər

Qobustan rayonunun Cəmcəmli kəndində Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Qobustan rayon şöbəsinin seçicilərlə görüşü keçirilib.

Tədbiri giriş  sözü ilə açan Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Qobustan rayon şöbəsinin və YAP rayon təşkilatının sədri Füzuli Gülaliyev cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 15 il ərzində əldə olunan uğurlardan və inkişafdan ətraflı bəhs edib: «Qobustanlı kimi rayonumuzda gedən bu inkişafdan, tərəqqidən, quruculuqdan fərəh hissi duyuram və bütün seçiciləri aprelin 11-də seçki məntəqələrinə gedərək cənab İlham Əliyevə  səs verməyə səsləyirəm.»

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Qobustan rayon şöbəsinin üzvü Zümrüd  Şərifova və Cahangir  Ağaməmmədov qobustanlıları bu seçkidə də düzgün seçim edərək cənab İlham Əliyevə səs  verməyə səsləyiblər.

Şəhid anası Göyçək  Hüseynquliyeva çıxış edərək ulu öndər Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən cənab İlham Əliyevin ölkəmizə əmin-amanlıq, sülh gətirdiyini bildirib və seçiciləri sülhə, əmin-amanlığa, layiqli namizədə səs verməyə çağırıb.

Görüşdə Cəmcəmli kəndinin axundu Hacı Qüdrət, kənd sakinləri Gülbəxt Mətləbova, Fazil Abıyev, Rizvan Bədəlov, Ziyafət Bayramova və başqaları  çıxış edərək 11 aprel 2018-ci ildə seçki məntəqələrinə gələrək sabitliyə, uğurlu gələcəyə səs verəcəklərini bildiriblər.