Xəbərlər
Göyçay rayonunun Alxasava kəndində seçicilərlə görüş keçirib
Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Göyçay rayon şöbəsinin üzvləri partiyanın Sədri, Azərbaycan Respublikası Prezidentliyinə namizəd İlham Əliyevin seçki kampaniyası çərçivəsində rayonun Alxasava kəndində seçicilərlə görüş keçirib.
Görüşü Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Göyçay rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Sahib Şükürov açaraq 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkiləri barədə məlumat verib.
S. Şükürov, eyni zamanda, seçiciləri Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikası Prezidentliyinə namizəd cənab İlham Əliyevin seçki proqramı ilə tanış edib. Cənab İlham Əliyevin 2003-2018-ci illərdə gördüyü işlərin göz qabağında olduğunu bildirən təşkilatın sədri bu illər ərzində Azərbaycanın hərtərəfli inkişafa nail olduğunu, qarşıda isə yeni hədəflərin olduğunu vurğulayıb.
Görüşdə seçicilər qarşısında çıxış edən YAP Mərkəzi Seçki Qərargahı Göyçay rayon şöbəsinin üzvləri Zemfira Əliyeva, Rövşən Zamanov, Elçin İsmayılov, Rövşən Şərifov, Elçin Bilalov, Elnur İsmayılov, Namət Şirinov Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikası Prezidentliyinə namizəd cənab İlham Əliyevin siyasi fəaliyyətindən, o cümlədən Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi naminə misilsiz xidmətlərindən, həmçinin ölkədə aparılan quruculuq-abadlıq işlərindən danışıblar. Çıxış edənlər seçiciləri xalqımızı uğurlu sabahlara aparan layiqli namizədin siyasətinə səs verməyə çağırıblar.
Seçicilərdən kəndin ağsaqqalı Abdulrəhman Zürfüqarov və İradə Məmmədova, Qərənfil İmranova bildiriblər ki, onlar artıq öz seçimlərini ediblər: “11 apreldə Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikası Prezidentliyinə namizəd cənab İlham Əliyevə səs verəcəyik”.