YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir

11 aprel 2018-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.

Yeni Azərbaycan Partiyasının namizədi cənab İlhm Əliyevin təbliğat kampaniyası çərçivəsində  növbəti görüş Biləsuvar qadınları ilə keçirildi.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası seçki qərargahının  Biləsuvar rayon şöbəsinin sədri Kamil Mirzəyev qarşıdan gələn Prezident seçkiləri ilə bağlı  məlumat verdi.Kamil Mirzəyev Prezidentliyə namizəd cənab İlham Əliyevin seçki proqramı ilə seçiciləri tanış etdi. Natiq qeyd etdi ki,  2003-2018-ci illər ərzində cənab İlham Əliyevin ölkə Prezidenti kimi  gördüyü işlər göz qabağındadır.Bütün bu illər ərzində Azərbaycan çox böyük uğurlara imza atmışdır. Ölkənin inkişafı, insanların rifahı naminə  həyata keçirilən islahatlar Prezidentliyə namizəd cənab İlham Əliyevin seçki proqramının əsas mahiyyətini təşkil edir.Bütün bu görülən işlərə görə Biləsuvardan olan qadınlar əminəm ki, cənab İlham Əliyevə səs verəcəklər.

Tədbirdə çıxış edən  millət vəkili Xanhüseyn Kazımlı bildirdi ki, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu bütün illər ərzində  regionların inkiğafı diqqət mərkəzində olmuşdur. Ölkə rəhbəri cənab İlham Əliyevin  15 il ərzində regionların sosial-iqtisadi inkişfını özündə əks etdirən  dövlər proqramları şəgərlərimizin, kəndlərimizin daha da yüksək səviyyədə abadlaşmasına, bölgələrdə yeni iş yerlərinin açılmasına şərait yaratmışdır.Natiq əmin olduğunu bildirdi ki, Biləsuvarlı seçicilər eyni zamanda Biləsuvar qadınları bu seçkilərdə yekdilliklə Prezident İlham Əliyevə səs verəcəklər.

Tədbirdə Azərbaycan Dillər Universitetinin müəllimi, professor Fikrət Cahangirov çıxış edərək bildirdi ki, 2003-cü ildən keçən müddət ərzindən ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosil islahatlar nəticəsində təsil, səhiyyə, mədəniyyət və idman sahəsində çox böyük uğurlara imza atılmışdır.Azərbaycan bu gün  bütün dünyada  multukultural və tolerant mərkəzinə çevrilmişdir.

Çıxış edən Milli Məclisin deputatı Mirkazım Kazımov bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan  nəinki Zaqafqaziya regionunda  eyni zamanda MDB məkanında  lider dövlətə çevrilmişdir.Azərbaycan dövləti öz inkişaf tempinə görə bir çox böyük dövlətləri geridə qoymuşdur. Azərbaycan müdafiə qabilliyəti möhkəmlənmiş və Azərbaycan ordusu regionda ən qüdrətli orduya çevrilmişdir.Güclü Azərbaycan ordusu  2016-cı ilin aprel ayında işğal altında olan bir sıra əraziləri düşməndən azad etmişdir.Bütün bu həyata keçirilən dinamik inkişafa görə əminliklə bildirdi ki, Azərbaycan xalqı, Biləsuvar əhalisi  ölkə Prezidenti cənab İlham Əliyevə səs verəcəkdir.

Çıxış edən seçicilərdən Baxçagül Əliyeva, Rəfiqə cəfərova, Tükəz Qurbanova, Afayət Səfərova və başqaları bildirdilər ki, 11 aprel 2018-ci il tarixdə keçiriləcək seçkilərdə Biləsuvarlı qadınlar bir nəfər kimi Yeni Azərbaycan Partiyasının namizədi, ölkə Prezidenti cənab İlham Əliyevə səs verəcəkdir.