Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Bərdə rayonuna səfər edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 25-də Bərdə rayonuna səfər edib.
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Bərdə şəhərinin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoydu.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rayonda görülən abadlıq-quruculuq işləri barədə dövlətimizin başçısına məlumat verdi.