Xəbərlər
Cəlilabadda “İlhamla irəli” şüarı ilə təbliğat-təşviqat kampaniyası uğurla davam edir
Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatı 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını böyük uğurla , seçicilərin yüksək siyasi fəallığı şəraitində davam etdirir.
Kampaniya çərçivəsində rayonun Şorbaçı kəndində seçicilərlə keçirilən görüşdə rayon təşkilatının şura üzvləri Vüqar Cavadov və Xəlil Süleymanov iştirak ediblər. Çıxış edən Vüqar Cavadov son 15 il ərzində qazanılan uğurlardan danışıb və vətəndaşları 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıb.
Rayonun Ağdaş ərazisinin seçiciləri ilə görüşdə də insanlar seçki günü aktiv olmağa dəvət olunub.