Xəbərlər
YAP Qobustan rayon təşkilatı rayonun Dərəkənd kəndində seçicilərlə görüş keçirib

Qobustan rayonunun Dərəkənd kəndində Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Qobustan rayon şöbəsi seçicilərlə görüş keçirib.
Tədbiri açan YAP Mərkəzi Seçki Qərargahı Qobustan rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Füzuli Gülaliyev bildirib ki, bu gün ölkənin bütün bölgələrində cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşlər uğurla davam edir. F.Gülaliyev çıxışında son illərdə ölkəmizin müxtəlif sahələrdə qazandığı uğurların saysız–hesabsız olduğunu qeyd edərək vurğulayıb ki, görülən işlər cənab İlham Əliyevin 11 aprel 2018- ci il prezident seçkilərində qələbəsinə tam zəmin yaradır.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Qobustan rayon şöbəsinin üzvü Atabəy Cahangirov bildirib ki, cənab İlham Əliyevin gördüyü işlər onun prezident seçkilərində qələbəsini şəksiz edir.
Təbliğat-təşviqat qrupunun üzvü Zümrüd Şərifova vurğulayıb ki, kənd zəhmətkeşləri ölkə Prezidentinə minnətdardırlar və seçicilər yekdilliklə cənab İlham Əliyevi dəstəkləyir və yekdilliklə ona səs verəcəklər.
Kənd seçicilərindən Elnur Cahangirov, Samir Rəhmanov və başqaları çıxış edərək 11 aprel 2018-ci ildə seçki məntəqələrinə gələrək sabitliyə, uğurlu gələcəyə səs verəcəklərini bildiriblər.