YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaşlılar 11 aprel tarixini səbrsizliklə gözləyirlər

Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi  cənab İlham Əliyevin Ağdaş rayonunda təbliğat-təşviqat kampaniyası uğurla davam edir.

Ötən gün rayonun Kükəl, Ərəb, Birinci Aral, Xosrov, Şəmsabad və Tofiqi nümayəndəliklərini əhatə edən kəndlərin seçiciləri ilə görüşlər keçirilib.

Görüşlərdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahı Ağdaş rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov son 15 il ərzində ölkə başçısı cənab İlham Əliyevin gördüyü işlər haqqında geniş məlumat verib. C.Osmanov vurğulayıb ki, cənab İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizin inkişafını təmin edib və daha da gücləndirməyə çalışır.

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov bir daha seçiciləri 11 apreldə keçiriləcək prezident seçkilərində fəallıq göstərməyə və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə yekdilliklə səs verməyə çağırıb.

Görüşlərdə çıxış edən təbliğat qrupunun üzvləri Tənzilə Şıxıyeva və Elsevər Baxışov ağdaşlıları Prezident İlham Əliyevin ətrafında birləşməyə çağırıblar.

Seçicilərdən Tahir Tağıyev, Dəyanət Xəlilov, Roza Əhmədova, Gülşən Cəlilova, Elxan İsayev, Tofiq Siracov, Vaqif Həsrətov və Səbinə Mehdiyeva vurğulayıblar ki, ağdaşlılar ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq insanlardır və onların Yeni Azərbaycan Partiyasının  namizədindən başqa seçimləri ola bilməz və bütün seçicilər adından bəyan ediblər ki, onların seçimi bu dəfə də cənab İlham Əliyevdir və onlar bu seçimi  təsdiq etmək üçün 11 aprel tarixini səbirsizliklə gözləyirlər.