YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdə rayonunun Xəsili və Bəcirəvan kəndlərində seçicilərlə görüş keçirilib

Yeni Azərbaycan Partiysı Bərdə rayon təşkilatı tərəfindən prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir. YAP Bərdə rayon təşkilatı Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham  Əliyevin təbliğat - təşviqat kampaniyası çərçivəsində rayonun Xəsili və Bəcirəvan kəndlərində seçicilərlə görüş keçirib.

YAP Bərdə rayon təşkilatının təbliğat qrupunun üzvlərindən Nurayə Məmmədova çıxış edərək bildirib ki, cənab İlham Əliyevin apardığı müstəqil siyasət nəticəsində bu gün Azərbaycan dünyanın ən sabit, inkişaf etmiş və insanların təhlükəsiz şəraitdə yaşadığı ölkələrindən birinə çevrilmişdir. Onun sözlərinə görə, Prezident  İlham Əliyev Azərbaycanın milli maraqlarının, xalqımızın mənafeyinin qorunmasını təmin edir.

Tədbirdə YAP fəalları Zərifə Məmmədova, Tofiqə Məmmədova, Raqub Yunisov,  kənd sakinləri Vidadi Əliyev və Ədibə Əhmədova çıxışlarında Yeni Azərbaycan Partiyasının namizədi, dövlətimizin başçısı İlham Əliyevin apardığı ardıcıl və sistemli islahatlar, həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə istər regionda, istərsə də bütün dünyada qazandığı uğurlardan danışıblar.

Bildirilib ki, Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb. YAP Prezident İlham Əliyevin Sədrliyi ilə dövlətimizin inkişafı və xalqımızın əmin-amanlıq içində yaşaması uğrunda mühüm töhfələr verməkdədir. Bütün bunlar da xalqımızın partiyamızı dəstəkləyəcəyinə və onun namizədi cənab Prezident İlham Əliyevə səs verəcəyinə təminat verir.