YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oleq Ponomar: Azərbaycandakı sabit ictimai-siyasi mühit seçkilərin şəffaf keçirilməsini şərtləndirir

Azərbaycandakı seçki sistemi ölkənin demokratik siyasi sisteminə uyğundur.

Bu fikri seckhi-2018.az saytına açıqlamasında ukraynalı siyasi şərhçi Oleq Ponomar deyib. O bildirib ki, bu gün Azərbaycanda sabit ictimai-siyasi mühit, demokratik cəmiyyət mövcuddur. Bu da seçkilərin ədalətli və şəffaf keçirilməsini şərtləndirir.

“Biz 11 aprel prezident seçkilərində Azərbaycan xalqının doğru seçim edəcəyinə inanırıq və onun seçiminə hörmətlə yanaşacağıq”, - deyə siyasi şərhçi vurğulayıb.

Azərbaycanın Ukrayna üçün vacib tərəfdaş olduğunu qeyd edən O.Ponomar əlavə edib ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsində rəsmi Bakını dəstəkləyir.