Xəbərlər
Yevlaxda seçicilərlə növbəti görüş keçirildi
Bu gün Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərərgahının Yevlax rayon şöbəsinin təşviqat qrupu üzvüləri rayonun Aşağı Salamabad, Yuxarı Salamabad və Əcəmi kəndlərində seçicilərlə görüş keçirdi.
Tədbirdə Milli Məclisin deputatı, YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov çıxış edərək qarşıdan gələn Prezident seçkiləri haqqında məlumat verdi, seçki günü hər bir seçicinin seçkiyə gəlməyinin vacibliyini vurğuladı. O bildirdi ki, mən inanıram ki, hər bir Yevlaxlı seçici öz seçki hüququndan istifadə edərək Yeni Azərbaycan Partiyasının namizədi, xalqın sevimlisi İlham Əliyev cənablarına səs verəcəkdir.
Sonra YAP Yevlax rayon təşkilatı Qadınlar şurasının sədri Əminə Əhmədova geniş nitq söylədi. O, vurğuladı ki, cənab İlham Əliyev son 15 ildə Azərbaycan üçün sürətli inkişaf yaratmaqla dünya ölkələri içərisində nüfuz və qüdrətimizi qat-qat artırıbdır. Hər bir Azərbaycanlı kimi Yevlaxlıların da sosial vəziyyəti günbəgün yaxşılaşır, həyat səviyyəsi yüksəlir. Məhz bu amillərə görə Xalq Onu özünün böyük dövlət xadimi hesab edir və bu seçkilərdə məhz Cənab İlham Əliyevə səs verəcəkdir. Biz Azərbaycanlı olaraq fəxr edirik ki, hər bir Azərbaycanlının Prezidenti olan Cənab İlham Əliyev yenidən Prezident seçiləcəkdir.
Sonra çıxış edən təşviqat qrupunun üzvü Tünzalə Şabanova, YAP Yevlax rayon təşkilatının sədr müavini Əli Quliyev bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da demokratik seçki mühitinin formalaşdığından, hər bir azərbaycanlının prezidenti cənab İlham Əliyevin daim xalqın içərisində olub, xalqına göstərdiyi yüksək qayğı və diqqətdən genişliyi ilə bəhs etmişdir. O, çıxışında cənab prezidentin ölkə gəncliyinə göstərdiyi qayğıdan da ürəkdolusu söz açmışdır. Bu gün Azərbaycanın hər bir rayonu hətta kəndləri belə inkişaf edir. Bütün bunların davamlılığı üçün 11 Apreldə seçkilərə gələrək hər birinizi Cənab İlham Əliyevə səs verməyə çağırıram. Gəlin birlikdə İlhamlı gələcəyə inamla addımlayaq.
Çıxış edən kənd sakinləri seçicilər Gilas Quliyeva və İsrayıl Bəkirov kənd sakinləri adından bildilər ki, biz artıq öz seçimimizi etmişik. Azərbaycanı işıqlı gələcəyə doğru aparan möhtərəm Prezidentimizin gördüyü işlər həyata keçirdiyi uğurlu inkişaf proqramı danılmazdır. Ona görədə biz hamılıqla 11 apreldə Yeni Azərbaycan Partiyasının vahid namizədinə səs verəciyik.