YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir: Azərbaycanda vətəndaşlara seçkilərdə iradələrini ifadə etmələri üçün hər cür şərait yaradılıb

Azərbaycandakı seçki prosesini müsbət qiymətləndirirəm. Vətəndaşlara öz məsuliyyətindən irəli gələrək seçkilərdə iradələrini ifadə etmələri üçün hər cür şərait yaradılıb.

Bu sözləri sechki-2018.az saytına açıqlamasında Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs bildirib.

Səfir qeyd edib ki, seçkilər ölkənin gələcəyini, xarici və daxili siyasətini müəyyənləşdirir. Məhz buna görə də seçkilər hər bir ölkənin gələcəyi üçün çox vacibdir. “Əminəm ki, Azərbaycan seçiciləri bu seçkidə öz iradələrini nümayiş etdirəcək və doğru seçim edəcəklər”, - deyə o vurğulayıb.