YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Hüseynli: Prezident İlham Əliyevin siyasəti ilk növbədə Azərbaycan xalqının mənafeyinə xidmət edir

«Azərbaycanda Heydər Əliyev siyasəti uğurla  davam edir. Azərbaycan regionun ən güclü dövlətinə çevrilib. Hal-hazırda Azərbaycan regionumuzda baş verən həm iqtisadi, siyasi, həm də ictimai proseslərin aparıcı qüvvəsidir».  Bu fikirləri Milli Məclisin  Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə.Hüseynli bildirib ki, Azərbaycanın iştirakı və  razılığı olmadan regionda heç bir layihə icra oluna bilməz. Onun sözlərinə görə, çox müsbət haldır ki, bütün bu proseslərdə dövlət kimi Azərbaycanın iştirakı və cənab İlham Əliyevin siyasəti ilk növbədə Azərbaycan xalqının mənafeyinə xidmət edir.

«Bütün beynəlxalq iqtisadi layihələr və bütün siyasi, hümanitar proseslər hamısı öz bəhrəsini vermiş olur. Azərbaycanın çoxşaxəli siyasətinin hər bir istiqaməti Azərbaycan xalqının rifahına, Azərbaycan vətəndaşının daha da yaxşı yaşamasına yönəlib. Bunun nəticəsidir ki, indi cənab İlham Əliyevin prezidentliyə namizədliyi yenidən Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürüldükdən sonra xalqımız, insanlarımız çox ruh yüksəkliyi ilə prosesə qoşulublar. Hər kəs əmindir ki, Ümummilli lider Heydər Əliyev siyasətinə alternativ yoxdur. Həmçinin, hər kəs də əmindir ki, bu siyasəti həyata keçirən yeganə lider, şəxsiyyət cənab İlham Əliyevdir»-deyə, komitə sədri vurğulayıb.