Xəbərlər
YAP Nəsimi rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına uğurlu start verib
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında yaradılan Seçki Qərargahı 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin təbliğat-təşviqat kampaniyasına uğurlu start verib. Seçki Qərargahın üzvləri və partiya fəalları səhər saatlarından etibarən prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevin təşviqat xarakterli seçki plakatlarını qanunvericiliyə müvafiq olaraq, yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş ünvanlarda yerləşdirilməsinə başlayıb.
Kampaniya ərzində həmçinin seçki qanunvericiliyinə müvafiq şəkildə müəyyənləşdirilmiş açıq və qapalı yerlərdə seçicilərlə çoxsaylı görüşlərin keçirilməsi nəzərdə tutulur.