Xəbərlər
YAP Mingəçevir şəhər təşkilatı təbliğat-təşviqat kampaniyasına uğurla start verib
Aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkiləri kampaniyasının təbliğat -təşviqat prosesinə start verilib.
Martın 19-da YAP Mingəçevir şəhər təşkilatının fəalları tərəfindən partiyamızın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat plakatları müəyyənləşdirilmiş lövhələrə vurulub. Bu proses uğurla başa çatdırılıb.
Qeyd edək ki, tədbirlər planına uyğun olaraq təbliğat-təşviqat prosesi çərçivəsində YAP Mingəçevir şəhər təşkilatı seçicilərlə görüşlər keçirəcək.