YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirildi

Martın 17-də YAP-ın Xətai rayon təşkiltının qərargahında Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirildi.

Müşavirədə 2018-ci il aprelin 11-də keçiriləcək Azərbaycan Respublikasının prezidentinin seçkilərinə hazırlıq işlərinin yekunu və qarşıda duran vəzifələr müzakirə edilmiş, seçki kampaniyasının təbliğat-təşviqat mərhələsində partiyanın rayon və şəhər təşkilatlarının iş proqramı barədə ətraflı fikir mübadiləsi aparılmışdır.

Müşavirəyə sədrlik edən Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi, seçkilərdə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi Əli Əhmədov prezident seçkilərinin keçirilməsi barədə qərarın elan olunduğu andan həyata keçirilmiş tədbirlərin yüksək təqdirəlayiq olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, partiyanın rayon və şəhər təşkilatları seçki kampaniyasının ən mühüm mərhələlərindən biri olan imzatoplama kampaniyasını mütəşəkkil qaydada və yüksək hazırlıqla başa vurmuşdur. Əli Əhmədov seçki kampaniyasının daha mühüm, daha çox məsuliyyət tələb edən və həlledici mərhələsi – təbliğat-təşviqat mərhələsinə də hazırlıq işlərinin yüksək səviyyədə yekunlaşmaq üzrə olduğunu qeyd etmiş, partiyanın rayon və şəhər təşkilatlarının kampaniyada yüksək aktivlik nümayiş etdirəcəklərinə əminliyini ifadə etmişdir.

Qeyd edək ki,  Yeni Azərbaycan Partiyasının 2018-ci il fevral ayının 8-də VI Qurultayı keçirilmişdir. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə yekdilliklə qərar qəbul edilmişdir. Fevralın 14-də Mərkəzi Seçki Komissiyasının iclasında 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası prezidentinin seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyevin namizədliyinin irəli sürülməsi  təsdiq edilmişdir.

Fevralın 27-də Mərkəzi Seçki Komissiyası Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyini qeydə alıb.