YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məzahir Pənahov: Ümumi mənzərədən görünür ki, Azərbaycan ictimaiyyəti seçki prosesinə fəal qoşulub

Azərbaycanın kifayət qədər seçki təcrübəsi var. Ona görə də aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı hər hansı problemin olacağı gözlənilmir. Bütün addımlar Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq atılır.

Bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib.

MSK sədri qeyd edib ki, kütləvi informasiya vasitələri seçki prosesini, o cümlədən namizədlərin və səlahiyyətli nümayəndələrin seçkilərə nə qədər maraqlı olduğunu ictimaiyyətə düzgün və dolğun şəkildə çatdırır. Ümumi mənzərədən görünür ki, Azərbaycan ictimaiyyəti seçki prosesinə fəal qoşulub. Bütün seçicilərə tam imkan yaradılacaq ki, aprelin 11-də öz iradələrini ifadə etsinlər.

Martın 12-də saat 18.00-da namizədlərin müraciətləri ilə bağlı vaxtın başa çatdığını xatırladan MSK sədri Seçki Məcəlləsinə əsəsən Komissiyanın daxil olan sənədlərə daha yeddi gün baxmaq hüququna malik olduğunu söyləyib. O bildirib ki, martın 19-da proses tam başa çatacaq. Bundan sonra namizədlərin seçkiqabağı təşviqat prosesinə start veriləcək.

 

DİGƏR Xəbərlər Arxiv