YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının missiyası ilə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dünya Bankının Azərbaycanda iş yerləri ilə bağlı tədqiqat və strategiya üzrə missiyası ilə görüş olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə missiyanın üzvləri- baş iqtisadçılar Muhammed İhsan Ayvad, Maykl Ueber, proqram rəhbəri Lire Ersado və xanım Elvira Anadolu iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ötən dövrdə ölkəmizdə əldə olunan uğurları diqqətə çatdırıb: “Dövlət başçısının rəhbərliyi ilə aparılan məqsədyönlü islahatlar postneft dövrünə xas səmərəli iqtisadi idarəetmə sisteminin formalaşmasına, milli iqtisadiyyatın neftdən asılı olmadan inkişafına imkan verib və həmin inkişaf sürəti bu il də davam edir, Bu ilin ilk ayında, yəni yanvar ayında Azərbaycanda ümumi daxili məhsulun 2 faiz, o cümlədən qeyri-neft iqtisadiyyatının 4 faizədək artmasına nail olunub. Müsbət demoqrafik vəziyyətin mövcud olduğu, əhalinin sayının təkcə ötən il 88 min104 nəfər və ya 0,9 faiz artaraq 2018-ci il yanvar ayının 1-nə 989 min 8085 nəfərə çatdığı, eyni zamanda, hər il əmək bazarına 100 mindən çox gənc işçi qüvvəsinin daxil olduğu ölkədə əmək resurslarının məşğulluğunun təminatı da həyata keçirilən islahatlar paketinin mühüm tərkib hissəsidir”.

Nazir bildirib ki, bu məqsədlə işçi qüvvəsinin yüksək təklifi şəraitində iş yerlərinin yaradılması, məşğulluq imkanlarının artırılması daimi xarakter alıb. 2003-2017-ci illərdə məşğul əhalinin sayının 21,4 faiz, muzdlu işçilərin sayının 24 faiz artmasına, işsizlik səviyyəsinin azaldılmasına nail olunub: “Hərtərəfli dövlət dəstəyi və güzəştlər sisteminin tətbiqi şəraitində əmək bazarının inkişafının stimullaşdırılmasında xüsusi əhəmiyyət kəsb edən sahibkarlığın inkişafı və biznes mühitinin yaxşılaşdırılması təmin edilib. Eyni zamanda, əhalinin 47,1 faizini təşkil edən kənd sakinlərinin məşğulluq imkanlarının artırılması üçün aqrar sahənin inkişafı tədbirləri ildən-ilə geniş vüsət alır. Son bir ildə 4,1 faiz artımın təmin edildiyi həmin sahədə ənənəvi istehsal sahələrinin əhəmiyyətli şəkildə inkişaf etdirilməsi kənd rayonlarında məşğulluq səviyyəsinin artırılmasına, ümumən əmək bazarında təklif və tələb arasında tarazlığın saxlanmasına əlverişli şərait yaradıb”.

Əmək bazarı ilə daha çevik dövlət tənzimlənməsi mexanizminin formalaşdırılması sahəsində aparılan işlərdən bəhs edən nazir əmək bazarının inkişaf proseslərinin konseptual olaraq düzgün proqnozlaşdırılması və qiymətləndirilməsi sisteminin qurulmasının da fəaliyyət istiqamətlərindən olduğunu qeyd edib. O, həmçinin ölkəmizin məşğulluq modelinin bir komponenti kimi aztəminatlı ailələrə özünüməşğulluq və kiçik biznesə çıxış imkanlarının yaradılması sahəsində həyata keçirilən tədbirləri önə çəkərək inklüziv əmək bazarının yaradılmasının, xüsusilə sosial cəhətdən həssas qrupların əmək bazarının iştirakçılarına çevrilmələri üçün onların məşğulluq və özünüməşğulluq imkanlarına malik olmasını da ölkədə icra olunan məşğulluq siyasətinin əsas hədəflərindən olduğunu söyləyib.

Missiya üzvləri ölkəmizdə əmək bazarı ilə əlaqədar aparılan islahatları, bu sahədə dövlət tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi, habelə aktiv əmək bazarı proqramlarının genişləndirilməsi, inklüziv əmək bazarının inkişafı sahəsində aparılan işlərin Dünya Bankı tərəfindən rəğbətlə qarşılanaraq dəstəkləndiyini qeyd ediblər.

Görüşdə iş yerləri ilə bağlı tədqiqat və strategiya üzrə analitik fəaliyyətin davam etdirilməsi, keyfiyyətli və inklüziv iş yerlərinin yaradılması, həmçinin iş yerləri ilə bağlı strategiyanın hazırlanması, bu sahələrdə əməkdaşlıq məsələləri, eləcə də əvvəlki görüşlərdə müzakirə olunan məsələlərin icra vəziyyəti müzakirə olunub.

 

DİGƏR Xəbərlər Arxiv