Xəbərlər
Sevinc Hüseynova: Ölkəmizdə sosial müdafiə sahəsinin inkişafı yüksələn xətt üzrə davam edir
«Ölkəmizdə sosial müdafiə sahəsinin inkişafı yüksələn xətt üzrə getməsi təkzibolunmaz reallıqdır». Bu fikri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
S.Hüseynova bildirib ki, Azərbaycanda iqtisadi inkişaf nəticəsində sosial ayırmaların həcminin artırılması, əhalinin ümumi rifah halının yüksəldilməsi dövlət sosial siyasətinin prioritetli sahəsi kimi diqqət mərkəzindədir.
«İnsana qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin siyasətinin mühüm prinsiplərindəndir. Azərbaycan iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meyilləri, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosial yönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verir»- deyə, deputat qeyd edib.