YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

VI Qlobal Bakı Forumu çərçivəsində Beynəlxalq Kitab Sammiti keçiriləcək

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə keçiriləcək VI Qlobal Bakı Forumu çərçivəsində martın 18-19-da 7-ci Beynəlxalq Kitab Sammiti təşkil olunacaq.

Dövlət Komitəsindən bildiriblər ki, Beynəlxalq Kitab Sammiti ABŞ Konqres kitabxanası və Misirin İsgəndəriyyə kitabxanasının birgə təşəbbüsü ilə 2012-ci ildən keçirilir. Qəyyumlar Şurasının üzvü, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldinin təşəbbüsü ilə Birinci Beynəlxalq Kitab Sammitində Azərbaycanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təmsil edib. Sammitin məqsədi milli-mədəni kimliyin və insan sivilizasiyasının qorunmasında kitabın və kitabxanaların rolunu vurğulamaqdır. Sammit Vaşinqton (2012), Sinqapur (2013), Paris (2014), İsgəndəriyyə (2015) kimi dünya mədəniyyətinə qlobal təsiri olan şəhərlərdə təşkil edilib.

Builki Beynəlxalq Kitab Sammitində milli inkişafda, mədəni irsin qorunmasında və ötürülməsində, gələcəyin formalaşmasında kitabın əhəmiyyəti, eləcə də milli kitabxanaların rolu, onların gələcəyi müzakirə olunacaq.

Sammitdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, NGBM-in həmsədri, Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqa, Mavriki Respublikasının Prezidenti Əminə Qurib-Fakim, Makedoniya Respublikasının Prezidenti Giorgi İvanov, Xorvatiyanın sabiq prezidenti İvo Josipovic, Kitabxana Assosiasiyaları və İnstitutları Beynəlxalq Federasiyasının sabiq prezidenti İnqrid Parent, ABŞ Konqresinin kitabxanasında Afrika və Yaxın Şərq məsələləri üzrə şöbə müdiri Mari Jane Deb, İnternet Arxivinin təsisçisi Brevster Kahle, Çin, Bolqarıstan, Latviya, Azərbaycan, Misir, Mərakeş və digər ölkələrin milli kitabxanalarının rəhbərləri, ziyalılar iştirak edəcəklər.