Xəbərlər
Məmməd Musayev: Biznes ictimaiyyəti Azərbaycanın uğurlarına özünəməxsus töhfələr verməyə çalışır
«Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar konfederasiyanın qarşısında çox böyük vəzifələr qoyur». Bu fikri Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.
M.Musabəyov bildirib ki, biznes ictimaiyyəti Azərbaycanın uğurlarına özünəməxsus töhfələr verməyə çalışır və bu, dövlət başçısının iş adamlarına etimadının bir təcəssümü olaraq mühüm vəzifə kimi qəbul edilir.
«ASK əlaqələrini gündən-günə genişləndirir. Ötən ay konfederasiya ilə Bakı Fond Birjası arasında imzalanan əməkdaşlıq haqqında saziş 2011-2020-ci illər üçün Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı dövlət proqramının icrası istiqamətində atılmış addımların tərkib hissəsi olan Listinq Məsləhət Proqramı çərçivəsində kapital bazarının inkişafına töhfə vermək məqsədi daşıyır. xarici ölkələrin bir çoxunda olduğu kimi, fond bazarlarından maliyyələşmə məsələsi bizim üçün də aktual olmalıdır. Fond bazarından cəlb edilmiş vəsaitlərin daha sərfəli olması ölkəmizdə də müşahidə edilir. Bundan əlavə, Azərbaycanın intensiv iqtisadi inkişafının nəticəsi olaraq təsərrüfat subyektlərinin uzunmüddətli maliyyə vəsaitlərinə tələbi artmaqdadır. Bu baxımdan fond bazarının rolu daha da yüksəlir» - deyə, M.Musayev vurğulayıb.