Xəbərlər
Məzahir Pənahov: Müstəqil Media Mərkəzinin məqsədi seçkilərdə aşkarlığı təmin etməkdir
Müstəqil Media Mərkəzinin yaradılmasında məqsəd seçkilərdə aşkarlığı təmin etmək, ictimaiyyəti daim məlumatlandırmaqdır.
Bu fikri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
MSK sədri qeyd edib ki, seçkilərlə bağlı media mərkəzlərinin yaradılması beynəlxalq təcrübədə özünü doğruldub. Qabaqcıl ölkələrdə belə mərkəzlər fəaliyyət göstərir. Məqsəd seçki prosesinin ədalətli və şəffaf keçirilməsinə nail olmaqdır. Azərbaycan bu təcrübədən 2000-ci ildən etibarən istifadə edir. Zaman keçdikcə bu, daha da təkmilləşdirilir.
Məzahir Pənahov mərkəzin tamamilə müstəqil fəaliyyət göstərdiyini vurğulayaraq deyib: “Mərkəz müasir telekommunikasiya imkanları ilə təmin olunub. Seçki subyektləri, namizədlər və onların səlahiyyətli nümayəndələri öz fikirlərini ictimaiyyətə çatdırmaq üçün mərkəzin imkanlarından istifadə edə bilərlər.”