YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tallində Şərq Tərəfdaşlığı siyasətinə həsr edilmiş beynəlxalq konfrans keçirilir

Bu gün Tallinndə Avropa İttifaqının Şərq Tərəfdaşlığı siyasəti məsələlərinə həsr edilmiş beşinci beynəlxalq konfrans işə başlayıb.

Konfransda əsas diqqət Avropa İttifaqının Şərq Tərəfdaşlığı siyasətinin gələcəyi və bu tərəfdaşlığın üzvü olan altı ölkənin: Azərbaycan, Gürcüstan, Moldova, Belarus, Ukrayna və Ermənistanın Aİ ilə daha sıx əlaqələri məsələlərinə yönəldiləcək.

Şərq Tərəfdaşlığı Siyasəti sahəsində ekspertlər ötən il noyabr ayında Estoniyanın Aİ-də sədrliyi dövründə keçirilmiş sammitdən sonra bugünkü beynəlxalq konfransda ilk dəfə olaraq bir masa arxasında toplaşıblar.

Estoniya Şərq Tərəfdaşlığı Mərkəzinin direktoru Yaan Reynhold deyib: “Bu gün Tallində keçirilən konfransın məqsədi sammitin nəticələrinə əsasən tərəflərin gözləntilərini öyrənmək və bu gözləntilərə uyğun olaraq seçəcəyimiz hədəfləri təhlil etməkdir. Bu altı ölkədə sabitlik, firavanlıq, demokratiya və iqtisadi azadlığın daha da möhkəmlənməsi bizim üçün çox vacibdir”.