YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Monteneqronun xarici işlər naziri: Monteneqro Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir

NATO üzvü və Avropa İttifaqının gələcək üzvü kimi Monteneqro Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir.

Bunu Trend-ə müsahibəsində Monteneqronun xarici işlər naziri Sercan Darmanoviç deyib.

Nazir qeyd edib ki, Monteneqro tərəfdaşlarla əməkdaşlıq yolu ilə beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin olunmasına öz töhfəsini verməkdə davam edəcək: “Monteneqro, həmçinin ATƏT-in Minsk qrupunun səyləri və BMT qətnamələrinə, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət çərçivəsində yüksək səviyyəli konstruktiv dialoqun dəstəklənməsini davam etdirəcək”.