Xəbərlər
Mavriki Prezidenti Azərbaycana səfər edəcək
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VI Qlobal Bakı Forumunda ilk dəfə Mavriki Prezidenti Amina Qurib-Fakim iştirak edəcək.
Komitədən verilən məlumata görə, bu məqsədlə xanım A.Qurab-Fakimin martın 15-18-də Azərbaycana səfəri nəzərdə tutulub. /Trend/
Mavriki Prezidentinin “İnklüziv cəmiyyətlərin qurulması üçün ziddiyyətlərin uyğunlaşdırılması” mövzusuna həsr olunan VI Qlobal Bakı Forumunda çıxışı nəzərdə tutulub. Xanım Amina Qurab-Fakim “Kapitalizm: İqtisadi inkişaf və ətraf mühitin deqradasiyası arasındakı nisbətsizlik” mövzusunda olacaq panel iclasda əsas mərizəçidir.