Xəbərlər
Rusiyanın iqtisadi inkişaf naziri Azərbaycana səfər edəcək
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin apreldə Azərbaycana səfər edəcək.
Bu barədə nazir özü "Moskva-Bakı" portalına müsahibəsində deyib.
M.Oreşkin qeyd edib ki, Rusiya-Azərbaycan ticari-iqtisadi münasibətləri aktiv inkişaf edir: "Hazırda biz Azərbaycanla bu istiqamətdə əlaqələrin gücləndirilməsinə imkan verəcək xüsusi qrup yaratmışıq. Azərbaycanla qarşılıqlı münasibətlər bizim üçün çox mühümdür". /Trend/
Nazir bildirib ki, Azərbaycan və Rusiyanın gündəliyi genişdir, bir çox layihələr var: "Hələ bu barədə danışmayaq, mənim Bakıya səfərimi gözləyək".