Xəbərlər
Prezident İlham Əliyev Naftalan Şəhər Mərkəzi Xəstəxanasının tikintisinə 6,166 milyon manat ayırıb
Prezident İlham Əliyev martın 1-də “Naftalan Şəhər Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Naftalan Şəhər Mərkəzi Xəstəxanasının tikintisinin başa çatdırılması məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 6,166 milyon manatı Səhiyyə Nazirliyinə ayrılıb.