Xəbərlər
Heydər Əliyev Fondu tərəfindən “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı keçiriləcək
Bakıda Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən martın 7-dən 14-dək “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı keçiriləcək. Festivalın bədii rəhbəri Xalq Artisti, UNESCO-nun “Sülh artisti”, Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadədir.
Bəstəkarlar İttifaqından bildirilib ki, festival çərçivəsində Bakı və Gəncə şəhərlərində Azərbaycan və xarici musiqiçilərin iştirakı ilə konsertlər təşkil olunacaq, beynəlxalq elmi simpozium və muğam müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.
Tədbirlərdə iştirak etmək üçün Türkiyə, Moldova, Polşa, İran, İraq, Özbəkistan, İordaniya, Misir, Suriya, Tacikistan, Qazaxıstan, Mərakeş və digər ölkələrdən musiqiçi və münsiflər heyəti dəvət olunub.
Festivalın açılış mərasimi martın 7-də Heydər Əliyev Sarayında reallaşacaq.