YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Tolerantlıq Azərbaycanın dünya xalqlarına nümunə göstəriləcək milli-mənəvi sərvətidir

«Bu gün dünyada ölkəmiz azərbaycançılıq ideyalarına əsaslanan, multukultral, tolerantlıq və həmrəylik nümunəsi qəbul olunur». Bu fikri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası ölkəmizin inkişafında başlıca amillərdən biridir. Onun sözlərinə görə, tolerantlıq Azərbaycanın əvəzsiz, dünya xalqlarına nümunə göstəriləcək milli-mənəvi sərvətidir.

«Tolerantlıq sadəcə insanların birgə yaşam tərzini müəyyənləşdirən mədəni-psixoloji amil deyil, həmçinin cəmiyyətdə və bütün dünyada regional, hətta qlobal səviyyədə sülhün bərqərar olunması üçün mühüm vasitədir. Qloballaşmadan kənarda qalmayan ölkəmiz bu prosesdə məhz öz inkişaf yolunu, özünəməxsus dəyərlərini əsas götürərək gələcəyə doğru inamla addımlayır. Dünyada gedən proseslər onu göstərir ki, radikallaşma, ekstremizm, terrorizm, münaqişə və miqrasiya bir-birinə bağlı olan anlayışlardır. Multikulturalizmi bir dəyər sisteminə çevirmiş Azərbaycanda çoxmədəniyyətliliyin inkişafı istiqamətində aparılmış məqsədyönlü siyasətin nəticəsində bu gün müxtəlif mədəniyyətlərin təmsilçiləri Azərbaycanın siyasi, iqtisadi və mədəni elitasında təmsil olunur, ölkənin həyatında əsaslı dəyişikliklər və inkişaf prosesində yaxından iştirak edirlər. Azərbaycanın tolerant mühiti ölkədə multikulturalizm və dözümlülük dəyərlərinin fövqündə ölkəmizi bütün dini və siyasi baxışlara sahib, müxtəlif mədəniyyətlərə mənsub xalqların vahid dialoq mərkəzinə çevirir»-deyə, K.Əliyeva qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv