Xəbərlər
Erkan Özoral: Xocalı faciəsinin səbəbkarları ədalət qarşısında cavab verməlidirlər
Xocalı faciəsinin səbəbkarları ədalət qarşısında hesab verməlidirlər. Bu faciəyə görə məsuliyyət daşıyan hər kəsin ədalət məhkəməsi qarşısında hesab verməsinin vaxtı çoxdan çatıb. Bu gün onlar özlərini qəhrəman kimi aparırlar, ancaq mütləq hesab verməlidirlər. Onları lənətləmək lazımdır.
Bu fikirləri jurnalistlərə müsahibəsində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.
Soyqırımı zamanı həyatını itirənlərə Allahdan rəhmət diləyən səfir bildirib ki, Xocalı faciəsi hamımızın ağrı-acısıdır. Biz Xocalıya ədalət üçün səylərimizi davam etdirəcəyik. Ötən həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bildirdiyi kimi, biz Türkiyə Cümhuriyyəti olaraq Xocalı faciəsini unutmayacağıq və unutdurmayacağıq.