Xəbərlər
Azərbaycan Prezidenti sosial müavinətlərin məbləğinin artırılması ilə bağlı Sərəncam imzalayıb
Prezident İlham Əliyev sosial müavinətlərin məbləğinin artırılması haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanı ilə müəyyən edilmiş sosial müavinətlərin məbləği 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılır.