YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan müdafiə nazirinin müavini Rusiya Prezidenti ilə görüşdə iştirak edib

Moskvada Rusiyada hər il fevralın 23-də qeyd edilən Vətənin Müdafiəçisi Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Rusiya Prezidenti Vladimir Putin tədbirdə çıxış edib.

Təntənəli mərasimdən sonra Rusiyanın dövlət başçısı Moskvaya dəvət olunmuş xarici ölkələrin müdafiə nazirliklərinin rəhbərləri ilə görüşüb. Bu görüşdə Azərbaycanı müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev təmsil edib.

Vladimir Putin təntənəli tədbirdə iştirak etdikləri üçün qonaqlara təşəkkürünü bildirərək deyib ki, hərbiçilər silaha, orduya, dövlətin güc strukturlarına xüsusi münasibət bəsləyirlər. Onlar yaxşı anlayırlar ki, bu həssas sahədə bir-birinə etibar etmək olduqca vacibdir. Rusiya Prezidenti tədbir iştirakçılarına dövlətlərinin təhlükəsizliyinin müdafiəsində uğurlar arzu edib.