Xəbərlər
Azərbaycanın müdafiə naziri Belarusa səfərə yola düşüb
Fevralın 22-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belarus Respublikasının paytaxtı Minskə səfərə yola düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, belaruslu həmkarı, general-leytenant Andrey Ravkovun dəvəti ilə həyata keçirilən səfər çərçivəsində Azərbaycanın müdafiə nazirinin Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan təntənəli mərasimdə iştirakı nəzərdə tutulub. Həmçinin bu ölkənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlər planlaşdırılır.
General-polkovnik Z.Həsənov Belarusun hərbi sənaye kompleksinə daxil olan müəssisələri də ziyarət edəcək.