Xəbərlər
Zahid Oruc: Beynəlxalq birlik müharibənin başlamasını istəmirsə Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalıdır
«Azərbaycanın hərbi potensialını gücləndirməsi qanunauyğun haldır». Bu fikri Milli Məclisin deputatı Zahid Oruc deyib.
Z.Oruc bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin əbədi ola bilməz. Onun sözlərinə görə, əgər Ermənistan sülhə gəlməsə Azərbaycan digər variantlardan istifadə edəcək.
«Azərbaycan işğala məruz qalan ölkədir. Əgər beynəlxalq təşkilatlar, həmsədrlər baş verə biləcək müharibə ilə bağlı öz narahatlığını bildirirsə, işğalçı Ermənistana qarşı təzyiq göstərməlidirlər. Bu gün Azərbaycan hücum diplomatiyası həyata keçirir. Ermənistanın danışıqları uzatmaq üçün bəhanələri qalmayıb. Ona görə də, beynəlxalq birlik müharibənin başlamasını istəmirsə Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalıdır»-deyə, deputat qeyd edib.