YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zeynal Nağdəliyev: Prezident İlham Əliyev seçkilərin şəffaf keçirilməsi üçün icra hakimiyyəti orqanları qarşısında ciddi vəzifələr qoyub

Prezident İlham Əliyev seçkilərin şəffaf keçirilməsi üçün icra hakimiyyəti orqanları qarşısında ciddi vəzifələr qoyub.

Bunu Azərbaycan Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyev dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib. /Trend/

Z.Nağdəliyev bildirib: "Biz həmişə çalışırıq ki, seçkiləri yüksək səviyyədə keçirək. Azərbaycan Prezidentinin siyasi iradəsi Azərbaycanda seçkilərin demokratik və şəffaf keçirilməsinə təkan verib".

Prezidentin köməkçisi deyib ki, seçkilərdə şəffaflığın təmin edilməsi məqsədilə Prezident İlham Əliyev mərkəzi və yerli icra hakimiyyəti orqanları qarşısında çox ciddi vəzifələr qoyub.

Z.Nağdəliyev deyib ki, Azərbaycanda hər dəfə seçkilərdə iştirak edənlərin ümumi çəkisinin artmasına nail olunub: “Əsas vəzifə ondan ibarətdir ki, qanunvericilik pozulmasın, heç bir qanun pozuntusuna, saxtakarlığa yol verilmədən proses şəffaf keçirilsin. Azərbaycan dairə seçki komissiyalarına yaradılan şərait baxımından dünyada nümunəvi ölkə rolunu oynayacaq, çünki dairə seçki komissiyaları üçün çox yüksək şərait yaradılıb, ən yeni binalar, ən yeni məkanlar təsis olunub ki, seçicilər rahat şəkildə səsvermədə iştirak etsinlər. Artıq biz maddi-texni bazadan, şəraitdən danışmırıq, çünki bu məsələlər öz həllini çoxdan tapıb”.

PA rəsmisinin sözlərinə görə, yerli icra hakimiyyəti orqanlarına tapşırıq verilib ki, namizədlərin təşviqat aparması üçün yerlərə baxış keçirilsin və siyahı KİV-də dərc edilsin.