YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Yeni Azərbaycan Partiyasının VI Qurultayı Azərbaycan xalqının istək və arzularını ifadə edən bir tədbir oldu

“Yeni Azərbaycan Partiyasının VI Qurultayı çox yüksək səviyyədə keçdi. Bu qurultay bütün Azərbaycan xalqının istək və arzularını ifadə edən bir tədbir oldu ”. Bu fikirləri  YAP Siyasi şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib.

Qurultayda Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının  Sədri İlham Əliyevin yaxın 10 ilin proqramını əks etdirən məruzə ilə çıxış etdiyin deyən M.Quliyev bildirib ki, Ölkə başçısı öz çıxışı ilə partiya üzvlərinə Azərbaycanın yaxın illərdə perspektivinin yolunu göstərmiş oldu: “Dövlət başçısı qurultayda Azərbaycana ictimai-sabitliyin nə qədər vacib olduğunu vurğuladı, ölkəmizin demokratik, hüquqi, sivil bir dövlət olduğunu və bu yolla da inkişaf edəcəyini göstərdi. Prezident İlham Əliyev eyni zamanda Azərbaycanın sosial-iqtisadi inkişaf tempinin bundan sonra da yüksək sürətlə davam edəcəyini bəyan edərək, göstərdi ki, ölkəmizdə bütün insan hüquq və azadlıqları qorunub və bundan sonra da qorunub inkişaf etdiriləcək”.

 “Prezident İlham Əliyev vurğuladı ki, dünyadan neftin qiymətinin dəyişməsindən asılı olmayaraq, ölkəmiz bundan sonra da öz iqtisadi inkişafını qeyri-neft sektorunun inkişafında görəcək və neftdən gələn gəlirlər gələcək nəsillər naminə fondumuzda valyuta ehtiyatı şəklində yığılacaq. Dövlət başçısı həmçinin qeyd etdi ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək iqtidarındadır və torpaqlarımız yaxın gələcəkdə işğaldan azad olunacaq. Qaçqın və məcburi köçkün vətəndaşlarımız öz yurd-yuvalarına qayıdacaqlar. Lakin dövlət başçısı söylədi ki, bizim missiyamız bütün bunlarla bitmir. Bizim əsas tarixi missiyamız Azərbaycanın tarixi torpaqlarına qayıtmaqdır. Cənab prezident öz çıxışında İrəvanın, Zəngəzurun Göyçənin və digər torpaqların Azərbaycanın tarixi torpaqları olduğunu və bizim bu torpaqlara qayıtmağın da xalqımızın, gənclərimizin ümdə vəzifələrindən biri kimi xarakterizə etdi”-deyən M.Quliyev əlavə edib ki, Azərbaycanın müxtəlif bölgələrindən olan qurultay nümayəndələri öz çıxışlarında birmənalı olaraq öz təmsil etdikləri YAP-ın üzvləri adından bəyan etdilər ki, ölkə başçısının siyasəti bütün bölgələrdə dəstəklənir, bəyənilir.

“Qurultayda bildirildi ki, xalq bu siyasətin yenidən davam etdirilməsini arzu edir. Bütün qurultay nümayəndələri və orada çıxış edən şəxslər Dövlət başçısı İlham Əliyevin bu ilin aprelin 11-də ayında keçiriləcək seçkilərdə YAP-ın namizədi olmasını dəstəklədilər. Nəhayət Qurultayda qətnamə qəbul olundu və bu qərar birmənalı olaraq alqışlandı və dəstəkləndi. Mən hesab edirəm ki, bütövlükdə qurultay Azərbaycan xalqının arzularını ifadə edən siyasi forum oldu”-deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.