Xəbərlər
Azərbaycanda İlahiyyat İnstitutu yaradılır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında Sərəncam imzaladı.
Sərəncam Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə verilmişdir.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradır və Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilir.