Xəbərlər
Prezident İlham Əliyev: Azərbaycan-Avstraliya münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir
![](https://yap.org.az/thumb.php?src=https://yap.org.az/upload/images/1aa276fa8ee07f8eda989994097a70f3.jpg&w=360)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Piter Kosqrova bu ölkənin milli bayramı – Avstraliya Günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Azərbaycan-Avstraliya münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. İnanıram ki, dostluq əlaqələrimizin möhkəmlənməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşməsi yolunda atdığımız addımlar bundan sonra da ölkələrimiz və xalqlarımız üçün hər cəhətdən faydalı olacaqdır.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Avstraliya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.”