YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Azərbaycan və Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə çıxışı zamanı bildirib.

Dövlətimizin başçısı qeyd edib: "Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi ilə ictimai-siyasi sabitlik təmin olunub, bu isə təbii ki, ictimai razılığa əsaslanır və Azərbaycanda heç kimin şübhəsi yoxdur ki, qarşıdan gələn prezident seçkilərində Rusiya xalqı düzgün seçim edəcək. Biz çox yaxşı bilirik ki, Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin uğurlu inkişafı sizin adınızla bağlıdır. Bu gün Azərbaycan və Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib, hər iki tərəf bunu belə səciyyələndirir və bu münasibətlərin artması üçün çox müsbət dinamika var".

İlham Əliyev bir daha vurğulayıb ki, ictimai-siyasi sabitlik olmadan uğur qazanmaq mümkün deyil: "Biz son illərdə artıq kifayət qədər qanlı hadisələr, toqquşmalar, ədavət, dinlərarası ziddiyyətlər və etnik münaqişələrin şahidi olmuşuq. Ona görə də bütün bu beynəlxalq mövcud panorama sizin həyata keçirdiyiniz istiqamətin düzgünlüyünü bir daha göstərir. Çünki bu gün Rusiya - dünya miqyasında sabitləşdirici amildir".

 

DİGƏR Xəbərlər Arxiv