Xəbərlər
Badri Naçkebia: Gürcüstan Ermənistan ilə bağlı məsələdə Azərbaycanın mövqeyini nəzərə almalıdır
Gürcüstan region dövlətləri ilə mehriban qonşuluq siyasəti yürüdür. Amma bu, o demək deyil ki, Ermənistan üçün güzəştli addımlar atılmalıdır.
Bunu jurnalistlərə açıqlamasında politoloq, Gürcüstanın əməkdar jurnalisti Badri Nackebia söyləyib.
Politoloq vurğulayıb ki, Azərbaycan ilə Gürcüstan dost və qardaş xalqlardır. Bu gün biz diplomatik münasibətlərimizin 25-ci ildönümünü qeyd edirik. Bu, bizim üçün çox əlamətdar hadisədir. Azərbaycan hər zaman, xüsusən də ən ağır günlərdə gürcü xalqının yanında olub, bizə qardaş yardımı göstərib.
Politoloq deyib: “Bu gün fors-major hallarda Ermənistana yardım adı altında Abxaziya və Çxinvali bölgəsindən keçən yolun açılması barədə danışıqlar gedir. Düşünürəm ki, Gürcüstan dövləti bu məsələdə ehtiyatlı olmalı, Azərbaycanın, eləcə də gürcü xalqının maraqlarını nəzərə almalıdır. Mən bir siyasətçi kimi, düşünürəm ki, bu məsələ elə danışıqlar olaraq qalacaq və heç zaman reallaşmayacaq”.