Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyada işgüzar səfərdədir
Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfərə gəlib.
Prezident İlham Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə iştirak etmək üçün “Novo-Oqaryovo” dövlət iqamətgahına gəldi.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi salamladı.
Sonra MDB dövlət başçıları birgə foto çəkdirdilər.
Daha sonra MDB dövlət başçılarının qeyri-rəsmi görüşü oldu.
Dövlət başçıları görüşdə çıxış etdilər.
Sonda Rusiya Prezidenti Vladimir Putinin adından MDB dövlət başçılarının şərəfinə rəsmi qəbul təşkil olundu.