Xəbərlər
Prezident İlham Əliyev “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Sərəncam imzalayıb
Dekabrın 25-də Prezident İlham Əliyev “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, minimum aylıq əmək haqqının məbləği 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edilib.
Nazirlər Kabinetinə dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli üzrə aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bu Sərəncama uyğunlaşdırmaq, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin, o cümlədən maaşları Vahid Tarif Cədvəli ilə təmzimlənən işçilərin əməyinin ödənilməsi sisteminin təkmilləşdirilməsi və əməkhaqlarının artırılması barədə təkliflərini hazırlayaraq üç ay müddətinə Prezidentə təqdim etmək tapşırılıb.