Xəbərlər
Fərhad Hacıyev: Gənclər Fondu fəaliyyət göstərdiyi altı il ərzində gənclər təşkilatlarına böyük dəstək verib

«Gənclər Fondu fəaliyyət göstərdiyi altı il ərzində gənclər təşkilatlarına böyük dəstək verib». Bu fikri Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev deyib.
F.Hacıyev bildirib ki, qarşıdan gələn 2018-ci ildə də gənclər, gənclər təşkilatları fəal olmalıdır.
«Bu günə qədər Gənclər Fondunun dəstəyi ilə respublika üzrə 4 minə yaxın layihə icra olunub. Növbəti il də bu baxımdan zəngin olacaq. Gənclər təşkilatlarını daha məsuliyyətli layihələr həyata keçirməyə çağırıram. Gənclər Fondunun saytında 300 gənclər təşkilatı qeydiyyatda olsa da, onların heç də hamısı fəal deyil. Biz həmin gənclər təşkilatlarına kömək etməyə hazırıq”»-deyə, icraçı direktor qeyd edib.