Xəbərlər
TAP marşrutundakı torpaq sahələrinin 45 faizdən çoxu bərpa olunub
Azərbaycan təbii qazını Avropaya çatdıracaq “Trans-Adriatik” (TAP) qaz boru kəməri marşrutunda torpaqların 45 faizdən çoxu əvvəlki vəziyyətinə gətirilib.
Bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, TAP boru kəməri Yunanıstan, Albaniya və İtaliyada 20 mindən çox torpaq sahəsindən keçir. Bu ərazilər 45 min torpaq sahibi və mülkiyyətçiyə məxsusdur. TAP marşrutunun keçdiyi torpaq sahələrinin 45 faizdən çoxu artıq əvvəlki vəziyyətinə gətirilib, ya da daha yaxşı bərpa olunub. Bu o deməkdir ki, insanlar daha sonra bu torpaq sahələrində fəaliyyətlərini davam etdirə bilərlər.