Xəbərlər
Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı fəxri ad və medallarla təltif edilib
Dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşının yüksək fəxri adlar və medallarla təltif olunması barədə sərəncamlar imzalayıb.
Prezident İlham Əliyevin Sərəncamına əsasən, bir nəfər 1-ci dərəcəli “Vətənə xidmətə görə”, iki nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, beş nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunub. Həmçinin bir nəfər ölümündən sonra “İgidliyə görə”, doqquz nəfər “Hərbi xidmətlərə görə”, beş nəfər “Dövlət qulluğunda fərqlənməyə görə”, on nəfər 3-cü dərəcəli “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” medallarına layiq görülüb.
Dövlətimizin başçısının digər Sərəncamı ilə uzunmüddətli səmərəli fəaliyyətlərinə görə bir nəfərə “Əməkdar Dövlət Qulluqçusu”, bir nəfərə “Əməkdar Jurnalist”, iki nəfərə “Əməkdar Mühəndis” fəxri adları verilib.